Ödəmə terminalını oğurlayanlar tutuldu - VİDEO

Ödəmə terminalını oğurlayanlar tutuldu -   VİDEO
  05 Mart 2021    Oxunub:3532
Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3 510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassasından 306 manat naməlum şəxslər tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə barədə polis əməkdaşlarına məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsi və 40-cı Polis Bölməsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri birgə əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar.

Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Ramin Mahmudov və Rəvan Hümbətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.




Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti