Türkiyə-Azərbaycan hərbi təlimləri erməniləri təşvişə saldı
O erməni cəmiyyətində müharibənin bitməsinə rəğmən belə aktiv təlimlərin davam etməsinin ciddi suallar yaratdığını deyib.
“Mətbuatda növbəti dəfə Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi haqqında yazılar gedir. Erməni auditoriyası yenidən müharibənin başlanacağından ehtiyat edərək bu təlimlərdən narahatlıq keçirir. Altı həftəlik Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Türkiyənin İsparta vilayətində, Ermənistanın sərhədindən 1200 kilometr uzaqlıda keçirilir. Ona görə də bu hərbi tədbirlər bizim üçün təhlükəli deyil. Ən azından nəzəri olaraq təhlükə vəd etmir”.
Tural Tağıyev
Azvision.az