Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə telefonla danışdı

 Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə telefonla danışdı
  05 Mart 2021    Oxunub:2660
Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Bu barədə Azvision.az -a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Əli-Əsədov   Türkiyə  





Xəbər lenti