“Tezliklə cavab sanksiyaları ilə ABŞ-ı “məmnun” edəcəyik” - Zaxarova

  05 Mart 2021    Oxunub : 1504
 “Tezliklə cavab sanksiyaları ilə ABŞ-ı “məmnun” edəcəyik” -  Zaxarova
Moskva tezliklə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalara cavab verəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Onların (ABŞ-ın) indi necə davrandıqlarını, bütün bu siyahıları bir anda necə yayımladıqlarını nəzərə alsaq, tezliklə biz də onları məmnun edəcəyimizi düşünürəm. İş gedir. Düşünməyin ki, bu barədə danışmırıqsa, proses aparılmır”, - deyə XİN rəsmisi əlavə edib.

Zavarova, həmçinin vurğulayıb ki, tezliklə sanksiya tətbiq edilən şəxslərin siyahısı açılanacaq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MariyaZaxarova