“Azəriqaz”dan borcların silinməsi ilə bağlı açıqlama

  05 Mart 2021    Oxunub : 1373
“Azəriqaz”dan borcların silinməsi ilə bağlı açıqlama
Qazla bağlı yaranan borcların silinməsi “Azəriqaz”ın səlahiyyətində deyil.
Azvision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib. O bildirib ki, qurum abonentlərə borcun hissə-hissə qaytarılması ilə bağlı köməklik göstərə bilər.

“Qaz borclarının silinməsi ilə bağlı müraciətlər daxil olur. Sonradan sosial şəbəkələrdə müraciətlərinə cavab almamaları ilə bağlı paylaşım edirlər. Borcların silinməsi və ya məbləğlə bağlı məsələlər bizim səlahiyyətimizdə deyil. Eyni zamanda qazlaşdırma zamanı biz küçə xətlərini “Azəriqaz”ın daxili vəsaitləri hesabına edirik ki, abonentlərin az xərci çıxsın. Sayğaclar da pulsuz verilir. Fərdi qazlaşma ilə bağlı abonent artıq “ASAN Xidmət”ə müraciət etməlidir. Qazilərə və şəhid ailələrinə fərdi qazlaşma ilə bağlı istisna olaraq kömək edirik”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qaz