Roma Papası ilk dəfə İraqa getdi

Roma Papası ilk dəfə İraqa getdi
  05 Mart 2021    Oxunub:2896
Roma Papası Fransisk İraqa səfərə gedib.
Azvision.az xəbər verir ki, hava limanında Roma Papasının qarşılanma mərasimi olub.

Qeyd edək ki, Fransisk İraqa səfər edən ilk Roma Papasıdır. 84 yaşlı Papanın Mosul, İbrahim peyğəmbərin doğulduğu Ur şəhərində olacağı gözlənilir. Eyni zamanda onun İraqın şiə lideri Ayətullah Əli əl-Sistani ilə görüşəcəyi planlaşdırılır.

İraqda səfərlə bağlı ciddi təhlükəsizlik tədbirləri həyata keçiriib. Papa Fransiskin İraqa səfəri martın 8-də başa çatacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   Roma   Papa  





Xəbər lenti