|
| İlham Əliyev Slovakiya prezidenti ilə görüşüb |
O vaxt milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addım atdıqlarını xatırladan Prezident qeyd edib ki, çünki o vaxt qanun yox idi, kim nə istəyirdi, onu edirdi. “Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər, öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Yeni Azərbaycan Partiyasının təsis qurultayının Naxçıvanda keçirilməsinin səbəblərindən danışan dövlətimizin başçısı deyib: “Bakıda imkan vermədilər. O qədər Heydər Əliyev fenomenindən qorxurdular, o qədər öz cılız mahiyyətini özləri dərk edirdilər ki, bilirdilər, əgər bu qurultay Bakıda keçirilsə bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


