Ermənistanda külli miqdarda narkotik aşkarlandı

Ermənistanda külli miqdarda narkotik aşkarlandı
  05 Mart 2021    Oxunub:1954
Ermənistanın hüquq-mühafizə orqanları külli miqdarda növbəti narkotik qaçaqmalçılığının qarşısını alıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, hələ keçən ilin oktyabr ayında Sünikdə (Zəngəzur) İrəvan sakini saxlanılıb və onun avtomobilindən narkotik maddə olan tiryək, heroin və metamfetamin aşkar edilib. Bununla bağlı cinayət işi başladılıb və daha sonra iş məhkəməyə göndərilib. Bu iş üzrə ibtidai istintaq zamanı hüquq-mühafizə orqanları qaçaqmalçılıq cinayət zəncirinin izinə düşüb. Belə ki, Kotayk bölgəsinin sakininin avtomobili ilə narkotik vasitələrin Ermənistan ərazisindən keçirilməsini planlaşdırdığı ortaya çıxıb. Axtarış zamanı avtomobildən 2878 qram tiryək, 995 qram metamfetamin və 751 qram heroin tapılıb.

Başqa bir epizoda görə, Sünik bölgəsinin sakinindən külli miqdarda narkotik maddə tapılıb - 4290 qram heroin, 2100 qram tiryək. Bütün bunların Gürcüstana çatdırılması planlaşdırılırdı.

İstintaq zamanı beş vətəndaşa qarşı ittihamlar irəli sürülüb.

Xatırladaq ki, martın 3-də Ermənistanda hüquq-mühafizə orqanları son yeddi ildə İrandan gətirilən ən böyük narkotik partiyasını - ümumi dəyəri 45 milyon dollar olan 365 kq heroini müsadirə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: narkotikqaçaqmalçılığı  





Xəbər lenti