Ermənistanda əsgər anaları məmurları işə buraxmadı

 Ermənistanda əsgər anaları məmurları işə buraxmadı
  05 Mart 2021    Oxunub:3487
Bu gün səhər saatlarında Ermənistanın Şirak bölgəsində İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin yaxınları administrasiya binasını zəbt ediblər.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, əsasən əsgər analarının olduğu etirazçılar dinc aksiya keçirdiklərini bəyan edərək binaya daxil olublar. Onlar dəhlizə stullar düzməklə məmurların işə gəlməsinə mane olublar.

Aksiya səbəbindən administrasiyanın fəaliyyəti bir günlük dayandırılıb. Hakimiyyətin yalan vədlərindən bezdiklərini deyən valideynlər itkin düşən əsgərlərin taleyi ilə bağlı dəqiq cavablar tələb edirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti