Moskvada yaşlılar üçün məcburi təcrid rejimi ləğv edildi

Moskvada yaşlılar üçün məcburi təcrid rejimi ləğv edildi
  05 Mart 2021    Oxunub:3075
Moskvada yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olan insanlar üçün məcburi təcrid rejimi ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, 65 yaşdan yuxarı olanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün təcridetmənin məcburi rejimdən tövsiyə rejiminə keçməsi və sosial kartların blokdan çıxarılması barədə qərar qəbul edilib.

Qərar 8 mart tarixindən etibarən qüvvəyə minəcək, kartlar da eyni gündə blokdan çıxarılacaq.

Eyni zamanda, mer bu risk kateqoriyasından olan insanları COVID-19-a qarşı peyvənd olunmağa və hələlik səyahət etməkdən çəkinməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti