ABŞ ukraynalı iş adamına sanksiya tətbiq etdi

ABŞ ukraynalı iş adamına sanksiya tətbiq etdi
  05 Mart 2021    Oxunub:2874
ABŞ ukraynalı iş adamı İqor Kolomoyskiyə qarşı korrupsiyaya görə sanksiya tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken deyib.

Məhdudlaşdırıcı tədbirlər onun həyat yoldaşı və iki övladına da şamil edilib. Onların ABŞ-a girişi qadağan olunub.

Məlumata görə, 2014-cü ildən 2015-ci ilədək Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru olan Kolomoyski korrupsiya cinayətlərində iştirak edib, nüfuzundan və rəsmi səlahiyyətlərindən şəxsi mənfəətləri üçün yararlanıb.

Blinken, həmçinin onun Ukraynadakı demokratik prosesləri və institutların işini pozmağa yönəlmiş səylərindən narahatlığını dilə gətirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İqorKolomoyski  





Xəbər lenti