Gürcüstanda 31 nəfər “Britaniya ştammı”na yoluxub

Gürcüstanda 31 nəfər “Britaniya ştammı”na yoluxub
  05 Mart 2021    Oxunub:3037
Gürcüstanda 31 nəfərin koronavirusun Britaniya ştammına yoluxması təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə Britaniya ştammının geniş yayılması təhlükəsi yoxdur.

Mütəxəssis qeyd edib ki, tibbi maskalardan istifadə və insanlar arasında ara məsafəsinin qorunması xəstəliyin daha geniş yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Koronavirusun Afrika və Braziliya növlərinin yayılması ilə bağlı xəbərlərə münasibət bildirən İmnadze vurğulayıb ki, aparılan yoxlamalar zamanı sözügedən viruslara yoluxma halları təsdiqini tapmayıb.

Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti