“İMZA”-da yeni təyinat

“İMZA”-da yeni təyinat
  06 Mart 2021    Oxunub:3684
“İMZA” - İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctima Birliyində yeni təyinat olub.
Azvision.az xəbər verir ki, İctimai Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, Xəyal Kamil oğlu Bəşirov “İMZA”-nın Cənub Regional nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Xəyal Bəşirov Lənkəranda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. On ildən artıq hüquq müdafiəsi üzrə təcrübəyə malikdir. 2012-ci ildən AR Vəkillər Kollegiyasının üzvü kimi, vəkillik fəaliyyəti ilə məşğuldur. 2017-ci ildən Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü seçilib. Türk, rus və ingilis dillərini bilir.

X.Bəşirov 2009-cu ildən başlayaraq aktiv şəkildə ictimai fəaliyyətlə məşğuldur. O, ölkənin kütləvi informasiya vasitələrində və xarici mətbuatda dövlətimizin daxili və xarici siyasətinə dair əhəmiyyətli məsələlərlə bağlı müntəzəm olaraq yazıları və müsahibələri ilə çıxışlar edir.

Azvision.az


Teqlər: İMZA  





Xəbər lenti