Son sutkada 425 mindən çox yoluxma qeydə alındı

Son sutkada 425 mindən çox yoluxma qeydə alındı
  06 Mart 2021    Oxunub:3159
Dünyada koronavirusa yoluxanların sayı 425 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 425 675 nəfər koronavirusa yoluxub, 9561 nəfər dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 115 289 961, ölənlərin sayı isə 2 564 560 nəfərə çatıb.

Dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 28 468 736 nəfər koronavirusa yoluxub. Siyahıda sonrakı yerlərdə Hindistan (11 173 761), Braziliya (10 718 630), Rusiya (4 301 159), Böyük Britaniya (4 201 362), Fransa (3 768 799), İspaniya (3 142 358), İtaliya (2 999 119), Türkiyə (2 746 158), Almaniya (2 482 522), Kolumbiya (2 262 646) və Argentina (2 130 087) qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti