İctimai nəqliyyat 3 gün işləməyəcək

   İctimai nəqliyyat 3 gün işləməyəcək
  06 Mart 2021    Oxunub:3069
Bu gündən martın 9-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Eyni zamanda Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişikliyə əsasən, martın 8-də də ictimai nəqliyyat işləməyəcək.

Bununla əlaqədar 06 mart saat 00:00-dan 09 mart saat 06:00-dək ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Azvision.az


Teqlər: Avtobus   Nəqliyyat  





Xəbər lenti