Xarici diplomatlar Füzuli, Qubadlı və Laçına gedir

Xarici diplomatlar Füzuli, Qubadlı və Laçına gedir
  06 Mart 2021    Oxunub:4352
Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusları Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Qubadlı və Laçın bölgələrinə səfərə aparırıq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.

"Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq", - deyə Prezidentin köməkçisi qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti