Paşinyan Entoni Blinkenlə Qarabağı müzakirə etdi

 Paşinyan Entoni Blinkenlə Qarabağı müzakirə etdi
  06 Mart 2021    Oxunub:3856
Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti müzakirə ediblər. Amerika tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyini vurğulayıb.

Söhbət zamanı ikitərəfli münasibətlər, əsirlər məsələsi də müzakirə olunub. Paşinyan, ABŞ-ın Ermənistana davamlı yardımını, eləcə də ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib.

Dövlət katibi də öz növbəsində ABŞ və Ermənistan arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini söyləyib. Ermənistanın demokratiya baxımından qazandığı uğurları vurğulayaraq, Birləşmiş Ştatların respublikada islahatlar aparmaq üçün yardım göstərməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, bu, Ermənistan hökumətinin başçısı ilə ABŞ-ın yeni dövlət katibi arasında ilk danışıqlardır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EntoniBlinken  





Xəbər lenti