Almaniyada bir gündə 300 nəfər virusdan öldü

Almaniyada bir gündə 300 nəfər virusdan öldü
  06 Mart 2021    Oxunub:2780
Almaniyada son bir gündə 9557 nəfər koronavirus infeksiyasına yoluxub, 300 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 492 079
yoluxma halı aşkarlanıb, 71 804 ölüm faktı qeydə alınıb.

İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti