Azərbaycan-Meksika əlaqələri müzakirə olundu

  06 Mart 2021    Oxunub : 1689
Azərbaycan-Meksika əlaqələri müzakirə olundu
Meksika səfirliyi ilə Azərbaycan-İberoamerika Düşüncə Mərkəzi birgə konfrans keçirib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, konfransda Meksika və Azərbaycan arasında diplomatik münasibətlərin 29 ili, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Meksika səfiri Rodriqo Labardini və Mərkəzin rəhbəri Mahir Qurbanov müxtəlif sahələrdə ikitərəli əməkdaşlığın artan dinamikası haqqında söz açıblar.

Səfir, Meksikanın mühüm göstəriciləri, milli iqtisadiyyatı, ikitərəfli ticarətin əhəmiyyətli artımı, Azərbaycanla münasibətlərin panoraması və gələcək perspektivləri haqqında təqdimatla çıxış edib.

Meksika dünyanın 15-ci iqtisadiyyatıdır. Bu xüsusda, ölkənin istehsalda və ixracda dünya səviyyəsindəki nailiyyətlərini vurğulanıb. Bundan əlavə, 2019-cu ildə rekord göstəricisinə çatan – 52,4 milyon ABŞ dolları və beynəlxalq iqtisadi-ticari əlaqələrə təsir göstərən qlobal pandemiyaya baxmayaraq, adıçəkilən rekord göstəriciyə münasibətdə yalnız 4% azalma ilə 2020-ci ildə sabit saxlanılan Meksika-Azərbaycan ikitərəfli ticarətinin inkişafına toxunulub.

Eyni zamanda, münasibətlərin inkişafı və xalqların yaxınlaşmasında hər iki ölkə səfirliklərinin fəaliyyətinin töhfəsindən danışılıb. Bu xüsusda, ikitərəfli mədəni və humanitar əlaqələrinin vacibliyi, həmçinin turizm sektorun imkanları vurğulanıb.

Meksika və Azərbaycan arasında məhsuldar əməkdaşlığın gələcək inkişafına dair istək ifadə olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan