General Makaryana ittiham elan olundu

 General Makaryana ittiham elan olundu
  06 Mart 2021    Oxunub:3782
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, döyüş hazırlığı idarəsinin rəisi, general-leytenant Andranik Makaryana ittiham elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri Ermənistan Baş Prokurorluğuna istinadla yazıb.

Markaryan Ermənistan İstintaq Komitəsində açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qəzetin 44 günlük müharibə ilə əlaqədar cinayət işi çərçivəsində Makaryanın dindirilməsi barədə sorğusuna cavab olaraq Baş Prokurorluq bildirib ki, Makaryan təqsirləndirilən şəxs kimi cəlb olunub.

Qeyd edək ki, Makaryan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın və digər hərbçilərin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə verdiyi bəyanata qoşulmayan dörd hərbçidən biridir. Qəzet onun öz səbəblərinin olduğunu ehtimal edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AndranikMakaryan  





Xəbər lenti