Ermənistanda koronavirusa yoluxma sayı 174 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 174 mini ötdü
  06 Mart 2021    Oxunub:2728
Ermənistanda son sutka ərzində daha 508 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 174 257 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3219-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 824 nəfərdir. Aktiv xəstələrin sayı 5560 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti