Ermənilərdən Qasparyana qarşı təxribat

 Ermənilərdən Qasparyana qarşı təxribat
  06 Mart 2021    Oxunub:2709
Ermənistanda gərgin siyasi vəziyyət hökm sürür. Ölkədə yaranmış ikitirəlik fonunda təxribatlar da səngimir.
Azvision.az xəbər verir ki, erməni KİV-lərində yayılan məlumata görə, sosial şəbəkələrdə təxribat məqsədilə baş qərargah rəisi Onik Qasparyanın adına saxta hesablar açılıb.

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Qasparyana insanların rəğbətinin artması hakim dairələri ciddi narahat edir. Bu səbəbdən onun adına feyk hesabların açılması təsadufi hesab olunmur.



Baş Qərargah məsələ ilə bağlı açıqlama yayaraq bəyan edib ki, Qasparyanın adına açılan hesablar saxtadır, onun sosial şəbəkələrdə profili yoxdur.

Erməni jurnalistlər isə yüksək rütbəli hərbçilərin sosial mediada təmsil olunmasını təhlükəli hal sayırlar.

“Qasparyanın adıyla “rəsmi profil” açanların nəzarətə götürülməsi realdır. Çünki onsuz da qarışıq olan siyasi vəziyyəti bu cür profillə açılmış adi paylaşımla daha da gərginləşdirmək olar”,- deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qasparyan   Ermənistan  





Xəbər lenti