“Məscidin dağıdılması müsəlmanların hisslərinə təhqirdir” - Hikmət Hacıyev

  06 Mart 2021    Oxunub : 3766
 “Məscidin dağıdılması müsəlmanların hisslərinə təhqirdir” -    Hikmət Hacıyev
“Füzulinin Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Mərdinli kəndində yerləşən məsciddən heyvanların, donuzların saxlanması üçün istifadə edilib.

“Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir.

Digər ərazilər kimi bu kəndin ərazisi də piyada və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib. Ərazilərin təmizlənməsi üçün işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub”.

Qeyd edək ki, səfər çərçivəsində diplomatik korpus nümayəndələri Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanış olacaqlar.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev