“Bu, Azərbaycan qadınına verilən böyük dəyərdir” - Zemfira Məhərrəmli

 “Bu, Azərbaycan qadınına verilən böyük dəyərdir” -  Zemfira Məhərrəmli
  06 Mart 2021    Oxunub:3815
Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla “Əməkdar jurnalist” fəxri adına layiq görülən Zemfira Məhərrəmli sevinc təəssüratlarını Azvision.az -la bölüşüb:

"Bir az öncə bu sevindirici xəbəri aldım. Çox xoşbəxtəm. Bu, yaradıcı insana, qələm adamına, ömrünün 43 ilinin Azərbaycan mətbuatına həsr edən Azərbaycan qadınına verilən böyük dəyərdir. İllər boyu Qarabağ mövzusunda yazmışam. Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun şücaəti ilə qazanılan zəfər bizim qürurumuzdur və bu istiqamətdə daim yazacağam. Bu dəyərə layiq görüldüyüm üçün Cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Zemfira Məhərrəmli jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 25 il işləyib. Daha sonra Ombudsmanın mətbuat katibi vəzifəsində çalışıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Prezident   Fəxri-ad   Əməkdar-jurnalist  





Xəbər lenti