Sərhədçilər ermənilərin basdırdığı 1200-ə yaxın minanı zərərsizləşdirib

   Sərhədçilər ermənilərin basdırdığı 1200-ə yaxın minanı zərərsizləşdirib
  06 Mart 2021    Oxunub:3432
Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş et­dirilib.



Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minala­dığı ərazilərdən sərhədçi-istehkamçıların hal-hazıradək 340 ədəd tank əley­hinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunub. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb.



Azvision.az



Teqlər: DSX   Sərhəd   Mina   Axtarış  





Xəbər lenti