Yeni prezident də Rusiyadan danışdı

Yeni prezident də Rusiyadan danışdı
  24 Fevral 2014    Oxunub:1302
Hazırda Ukraynada prezident səlahiyyətlərini icra edən spiker Aleksandr Turçinov Rusiya ilə əməkdaşlığa hazır olduqlarını bildirdi.
Bazar günü müvəqqəti prezident səlahiyyətlərinin icrasını alan Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov RF ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, Turçinov xalqa televiziya vasitəsilə müraciətində “Biz Rusiya ilə əməkdaşlığın yeni mərhələsində, Avropa seçimi edən Ukraynanın sözün əsl mənasında eynihüquqlu və dostluq üzərində qurulan qonşuluq əlaqələrində maraqlıyıq” deyə bildirib.

Turçinov qeyd edib ki, iqtisadiyyatın gücləndirilməsi və avrointeqrasiya Ukraynanın yeni hakimiyyətinin əsas məqsədlərindəndir.

“Ukraynanın yeni hökümətinin məqsədi- ölkənin uçuruma sürüşməsinin qarşısını almaq və valyuta kursunun stabilləşməsidir” deyə Turçinov qeyd edib.

Bundan əlavə Turçinov qarşıdurmanın dayandırılmasına və ölkəni parçalamaq niyyətində olan separatistlərlə mübarizədə təzyiqin artirılmasına çağırıb.


Teqlər:





Xəbər lenti