Rusiya və Fransa gizli şəkildə diplomatları ölkədən çıxardı

 Rusiya və Fransa gizli şəkildə diplomatları ölkədən çıxardı
  06 Mart 2021    Oxunub:4645
Rusiya və Fransa 2020-ci ilin sonunda qarşılıqlı olaraq bir diplomatı gizli şəkildə ölkələrindən çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Les Echos” nəşrinə istinadla məlumat yayıb.

Nəşr Rusiyanın Parisdəki səfirliyinin iqtisadi şöbəsinin bir işçisinin casusluqda şübhəli bilinərək ölkədən çıxarıldığını iddia edir. Rusiya cavab tədbirlərindən istifadə edərək Moskvadakı Fransa səfirliyinin iqtisadi şöbəsindən bir diplomatı ölkədən çıxarıb.

Rusiya Xarici İşlər Nazirliyi və Fransanın Moskvadakı səfirliyi bu məlumatları şərh etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Rusiya  





Xəbər lenti