Roma Papası İraq şiələrinin lideri ilə görüşdü

Roma Papası İraq şiələrinin lideri ilə görüşdü
  06 Mart 2021    Oxunub:3293
Roma Papası Fransisk İraqa səfəri çərçivəsində Nəcəf şəhərində İraq şiələrinin lideri, ayətulla Əli əl-Sistani ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə “Əl-Sumariya” kanalı məlumat yayıb.

Bu, din xadimlərinin ilk görüşüdür. Görüşdə İraqdakı xristianların təhlükəsiz və ləyaqətli yaşaması məsələsi, insanların əzablarının sona çatmasında dini liderlərin rolu müzakirə edilib. Tarixi hesab olunan görüş təxminən bir saat davam edib.

Qeyd edək ki, dünən Papa Fransisk İraqa dördgünlük səfərə gedib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   Roma   Papa  





Xəbər lenti