“Əsgərlərimiz müharibədə “ət maşınına” düşdülər” - Erməni deputat

  “Əsgərlərimiz müharibədə “ət maşınına” düşdülər” -   Erməni deputat
  06 Mart 2021    Oxunub:10032
"Bizim övladlarımız müharibədə ona görə "ət maşını"na düşdülər ki, baş nazir hava hücumundan müdafiə sistemlərinin əvəzinə oyuncaq qırıcılar aldı".
Azvision.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasından olan müxalif deputat Naira Zohrabyan deyib.

O hesab edir ki, İkinci Qarabağ müharibəsini hava hücumundan müdafiə ilə bağlı ciddi problemlərin olması səbəbindən uduzublar.

“Oğlanlarımız türklərin (azərbaycanlılar-red.) "ət maşını"nın içinə düşdülər. Çünki Nikol zenit raket sistemlərindən çox, selfi çəkməyə yarayan oyuncaq SU-lar almağa üstünlük verdi. Uzun illərdir ki, güclü və toxunulmaz hava hücumundan müdafiə sistemimizin olduğunu söyləyən Vaqarşak isə bu gün Ermənistan Respublikasının müdafiə naziridir", - deyə erməni deputat vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zohrabyan   Ermənistan   Müharibə  





Xəbər lenti