Ayvazyan və Zərif regional təhlükəsizliyi müzakirə edib

Ayvazyan və Zərif regional təhlükəsizliyi müzakirə edib
  06 Mart 2021    Oxunub:2765
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Qeyd olunub ki, xarici işlər nazirləri ikitərəfli gündəliyə aid məsələlər barədə fikir mübadiləsi aparıblar: "Əzəli dostluğa əsaslanan münasibətlərin inkişaf dinamikası ilə əlaqədar məmnunluq ifadə edilib, müxtəlif səviyyələrdə siyasi dialoqun intensivləşdirilməsi yolu ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə qarşılıqlı hazırlıq təsdiq edilib".

Nazirlər, həmçinin regional təhlükəsizlik və sabitlik məsələlərinə də toxunublar. Hər iki tərəf yeni regional problemlərin həllində koordinasiyalı əməkdaşlığın rolunu vurğulayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CavadZərif  





Xəbər lenti