“Pandemiya dövründə gender bərabərsizliyi artıb” - Merkel

“Pandemiya dövründə gender bərabərsizliyi artıb” -  Merkel
  06 Mart 2021    Oxunub:3508
Almaniya kansleri Angela Merkel koronavirus pandemiyası zamanı gender bərabərsizliyinin artdığını düşünür.
Azvision.az xəbər verir ki, bu barədə kanslerin hökumətin saytında yayımlanan açıqlamasında deyilir.

"Qadınlar evdə uşaqlarına təhsil vermək, onlara qulluq etməklə yanaşı, öz peşələri ilə də məşğul olurlar. Almaniya hökuməti qadınların ailə və işi ən yaxşı şəkildə birləşdirə bilməsi üçün şərait yaratmağa davam etmək niyyətindədir.

Qadınlar cəmiyyətə əhəmiyyətli töhfə vermək və eyni zamanda siyasətdə, iqtisadiyyatda, cəmiyyətdə mühüm qərarlar qəbul etmək üçün bərabər şərtlərdə iştirak etməlidirər", - deyə kansler bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AngelaMerkel  





Xəbər lenti