Heydər Əliyev Sarayına mətbuat katibi təyin olundu

Heydər Əliyev Sarayına mətbuat katibi təyin olundu
  06 Mart 2021    Oxunub:3131
Heydər Əliyev Sarayının Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.

Qeyd edək ki, Aytac Bağırlı “Baku-Oxford-School” məktəbində təhsil alıb. 2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr pilləsini, 2020-ci ildə “Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib. İngilis, Fransız və Rus dillərini bilir.

Azvision.az


Teqlər: Heydər-Əliyev-Sarayı   Mətbuat-katibi  





Xəbər lenti