“Prezidentimiz bizə ən böyük mükafatı verdi” - Novella Cəfərova

“Prezidentimiz bizə ən böyük mükafatı verdi” -  Novella Cəfərova
  06 Mart 2021    Oxunub:5312
“Mənə ordenin verilməsində təşəbbüsü olan hər kəsə təşəkkür edirəm. Mənim üçün sevinclidir. Bizi bu dəyərə layiq görülüblər, minnətdarlığımı bildirirəm”

Bunu Azvision.az -a açıqlamasında 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunan hüquq müdafiəçisi Novella Cəfərova deyib.
Tanınmış QHT rəhbəri bildirib ki, onların cəmiyyətdə tanınmasında jurnalistlərin böyük xidmətləri olub:

"Bütün jurnalistlərə təşəkkürümü bildirirəm ki, bizim 30 illik işimizi işıqlandırıblar. Onun hesabına gündəmdə qalmışıq. Ordenə layiq görülməyimiz sevincli hissdir, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Amma mənim üçün 80 yaşımda ən böyük mükafat Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsidir. Millətin birliyi, Qarabağın azad olunması ən böyük mükafatdır. Bu böyük mükafatı da Prezidentimiz millət, ordu ilə birlikdə bizlərə verdi. Qarabağı bizə qaytardığına görə Prezidentə təşəkkür edirəm".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti bir qrup qadına fəxri adlar verilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   8mart   Fəxriad  





Xəbər lenti