“Asan həyat”: AzTV daha bir layihəyə start verir

 “Asan həyat”:  AzTV daha bir layihəyə start verir
  06 Mart 2021    Oxunub:3299
Azərbaycan Televiziyası (AzTV) və “ASAN xidmət”in birgə ərsəyə gətirdiyi yeni layihə “Asan həyat” adlanır.
Azvision.az xəbər verir ki, verilişin aparıcısı “ASAN FM”in rəhbəri, tanınmış teleaparıcı Emin Musəvidir.

Layihənin ərsəyə gətirilməsində məqsəd “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən mərkəzlər və qurumların işi barədə tamaşaçılara geniş məlumat verməkdir.

Verilişdə, həmçinin “YAŞAT” Fonduna ianələrlə bağlı suallara aydınlıq gətiriləcək, neçə ailəyə dəstək göstərildiyi ilə bağlı məlumatlar açıqlanacaq. Gələcəkdə isə diqqət müxtəlif xidmətlərə və ən çox verilən suallara ayrılacaq.

Hər ay iki yeni verilişin yayımı nəzərdə tutulur. Verilişin ilk buraxılışı bu gün saat 19:30-da efirdə olacaq.

Azvision.az


Teqlər: AzTV   ASAN-xidmət   Layihə  





Xəbər lenti