Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

 Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
  06 Mart 2021    Oxunub:3437
İrəvan polisi prezident iqamətgahının təhlükəsizliyini gücləndirib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, buna səbəb etirazçıların prezident Armen Sarkisyanla görüş üçün iqamətgaha gedəcəklərini söyləməsidir.

Hazırda parlamentin qarşısında müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirir Mitinqdə bir neçə min nəfər iştirak edir.

Aksiya iştirakçıları prezidentdən Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə Paşinyanın fərmanını imzalamamasını tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: mitinq  





Xəbər lenti