Günün sualı- Yanukoviç haradadır?

Günün sualı- Yanukoviç haradadır?
  24 Fevral 2014    Oxunub:1243
Viktor Yanukoviç haradadır? Təhlükəsizlik kameralarından alınan görüntülərə əsaslansaq cümə günü “Mejiqorye”də olan rezidensiyasını tərk etdikdən sonra onun harada olması barədə rəsmi heç bir açıqlama gəlməyib.

AzVision.az “euronews”a istinadən xəbər verir ki, Yanukoviçin nümyəndəsi olan Yuriy Miroşniçenko bazar günü açıqlamasında deyib ki, prezidentlə əlaqə kəsilib və o Yanukoviçin harada olması barədə məlumata sahib deyil.

Xatırladaq ki, Viktor Yanukoviçin axrıncı dəfə Xarkov telekanalı vasitəsilə yayımlanan vətəndaşlarla görüşü zamanı verdiyi müsahibə zamanı görsənib.

Yerli KİV-in də məsələyə münasibəti birmənalı deyil. Bəziləri onun Krımda gizləndiyini, bəziləri isə Rusiya, Belarusiya hətta Oman və BƏƏ-yə qaçdığı barədə məlumatlar yayır. Lakin Fars körfəzinin adı çəkilən ölkələrinin rəsmiləri yayılan şayələri təkzib ediblər.

Prezidentin ailəvi rezidensiyası da boşdur. Yeganə rəsmi məlumat budur ki, Donetsk sərhədçiləri prezidentin çarter reysi ilə uçuşuna icazə verməyib. Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə prezidentin uçuş üçün icazə sənədi olmayıb.

Bu arada son məlumatlara görə «Facebook»da Yanukoviç haqqında səhifə yaradılıb. Bu səhifədə Yanukoviçi yaxalayana pul mükafatı üçün ianə yığılır.

BBC-nin məlumatına görə, səhifə bazar günü yerli vaxta gecə saat 3-də açılıb. Səhər saat 11-də isə artıq 500 min qrivni (təxminən 56 min dollar) toplanmışdı. Unian isə məlumat verir ki, bu təklif heç də hamı tərəfindən qəbul olunmayıb. Bəzi şərhlər yazanlar Yanukoviçi yaxalanması üçün həvəslidirlər və bunun üçün mükafata ehtiyac görmürlər.




Teqlər:  





Xəbər lenti