Manukyan gəncləri küçələrə çıxmağa çağırdı

   Manukyan gəncləri küçələrə çıxmağa çağırdı
  06 Mart 2021    Oxunub:3650
Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi, "Vətənin qurtuluşu" hərəkatının lideri Vazgen Manukyan erməni gənclərinə çağırış edib.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu gün müxalifətin İrəvanda keçirdiyi mitinqdə çıxış edən Manukyan gəncləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələrə çıxmağa səsləyib.

O, İspaniyada reperin həbsinə görə 100 mindən çox gəncin küçələrə axışdığını deyərək, bunu erməni gəncliyinə nümunə göstərib.

Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti