Yeni Zelandiyada güclü zəlzələ olub

Yeni Zelandiyada güclü zəlzələ olub
  06 Mart 2021    Oxunub:4453
Yeni Zelandiyanda 6,2 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bunu ABŞ Geologiya Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Kermadek arxipelaqı sahillərində, Sakit Okeanda qeydə alınıb.

10 km dərinlikdə baş verən zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı edilməyib. Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

Azvision.az


Teqlər: YeniZelandiya  





Xəbər lenti