Maduro və həyat yoldaşı peyvənd olunub

Maduro və həyat yoldaşı peyvənd olunub
  07 Mart 2021    Oxunub:3454
Venesuela prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birgə Rusiyanın koronavirus əleyhinə "Sputnik V" preparatı ilə peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Tvitterdə yazıb. Maduro peyvənd olunması ilə bağlı videonu sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, "Sputnik V" peyvəndi Venesuelada yanvar ayının ortalarında qeydiyyata alınıb.

Azvision.az


Teqlər: Venesuela  





Xəbər lenti