Dünyada COVID-19-a 353 mindən çox yoluxma qeydə alınıb

Dünyada COVID-19-a 353 mindən çox yoluxma qeydə alınıb
  06 Mart 2021    Oxunub:1159
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 353 mindən çox artıb.
Azvision.az -ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 353 528 nəfər yeni koronavirusa yoluxub, 7 192 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 115 653 459, ölənlərin isə 2 571 823 nəfərə çatıb.

Azvision.az



Teqlər: COVID-19  



Xəbər lenti