İsrail karantindən çıxmanın üçüncü mərhələsinə keçdi

İsrail karantindən çıxmanın üçüncü mərhələsinə keçdi
  07 Mart 2021    Oxunub:3286
İsrail hökuməti karantindən çıxmanın üçüncü mərhələsinə keçidi təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, növbəti mərhələ peyvənd olunanlar üçün restoranların, ziyafət salonlarının, teatrların və stadionların açılmasını, vətəndaşların və yaşayış icazəsi olanların xaricdən ölkəyə qayıtmasına icazə verilməsini əhatə edir.

Üçüncü mərhələnin sabahdan başlayacağı bildirilir.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti