Sarkisyan müxalifət liderləri ilə görüşmək istəyir

Sarkisyan müxalifət liderləri ilə görüşmək istəyir
  07 Mart 2021    Oxunub:3646
Ermənistan prezidenti Armen Sarkisyan martın 7-də müxalifət nümayəndələri ilə görüşmək istəyir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Sağatelyan deyib.

“Bizə bildirildi ki, prezident hərəkat rəhbərləri ilə yenidən görüşmək istəyir”, - müxalifət nümayəndəsi deyib.

Onun sözlərinə görə, Sarkisyanla əvvəlki görüş zamanı müxalifət öz mövqeyini təqdim edib və Baş Qərargah rəisinin istefası ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinə göndəriləcəyinə dair zəmanət alıb:

“Hələlik yekun cavab almamışıq, bazar ertəsi gününə qədər müddətimiz var. Prezident Konstitusiya Məhkəməsinə müraciət etmək məcburiyyətindədir, əks halda ölkədəki vəziyyət və sonrakı nəticələr üçün şəxsən məsuliyyət daşıyacaq”.

Sağatelyan, həmçinin Baş Qərargah rəisini öz vəzifəsini tərk etməməyə çağırıb.

Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti