PKK üçün yığılan 2 milyon dollar ələ keçirildi

PKK üçün yığılan 2 milyon dollar ələ keçirildi
  07 Mart 2021    Oxunub:2929
Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın cənubunda PKK terror təşkilatına qarşı xüsusi antiterror əməliyyatı keçirib.
Azvision.az xəbər verir ki, kəşfiyyat məlumatları əsasında PKK üçün toplanmış təxminən 2 milyon ABŞ dolları məbləğində vəsait terror təşkilatının mənsublarına verilərkən ələ keçirilib.

Çobanbəy bölgəsində əməliyyat zamanı sözügedən vəsaiti verən və alanlar daxil olmaqla üç nəfər saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az




Teqlər: Türkiyə   PKK  





Xəbər lenti