Gürcüstanda COVID-19-la bağlı son vəziyyət açıqlandı

Gürcüstanda COVID-19-la bağlı son vəziyyət açıqlandı
  07 Mart 2021    Oxunub:2869
Gürcüstanda son sutka ərzində koronavirusa 234 yeni yoluxma faktı qeydə alınıb, 9 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə məqsədilə yaratdığı xüsusi saytda məlumat yer alıb.

Qeyd olunub ki, ölkədə pandemiya başlayandan bəri 272 851 yoluxma halı aşkarlanıb, 266 693 pasiyent sağalıb.

İndiyədək koronavirusa yoluxanlardan 3576 nəfəri həyatını itirib.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti