Tramp respublikaçılara pul qadağası qoydu

Tramp respublikaçılara pul qadağası qoydu
  07 Mart 2021    Oxunub:3148
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respulikaçılar partiyasının təşkilatlarına onun adından istifadə edərək vəsait toplamağı qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, Trampın vəkilləri Respublikaçılar partiyasının Milli Komitəsinə, Nümayəndələr Palatasına Seçkilər üzrə Respublikaçılar partiyasının Milli Komitəsinə və Senata Seçkilər üzrə Respublikaçılar partiyasının Milli Komitəsinə müvafiq məktublar göndərib.

Məlumata görə, Tramp hələ də Respublikaçıların tərəfdarıdır. Lakin bu, onun adından icazəsiz istifadə edilməsinə imkan vermir.

Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti