İranda daha 8 min nəfər koronavirusa yoluxdu

İranda daha 8 min nəfər koronavirusa yoluxdu
  07 Mart 2021    Oxunub:2957
İranda son sutka ərazində koronavirusa 8010 nəfər yoluxub, 93 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 1 689 692, ölənlərin sayı isə 60 687-yə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3795 xəstənin vəziyyəti ağırdır. İndiyədək 1 442 198 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti