Belarus və Rusiya birgə hərbi təlim keçirəcək

Belarus və Rusiya birgə hərbi təlim keçirəcək
  07 Mart 2021    Oxunub:3332
Belarus və Rusiya birgə hərbi təlimlər keçirəcək.
Azvision.az BELTA-ya istinadla xəbər verir ki, birgə hərbi təlimlərin martın 9-dan 20-dək Rusiyanın Polivno, martın 15-dən 20-dək isə Belarusun Osipoviskiy poliqonlarında keçirilməsi nəzərdə tutulur.

Rusiyada baş tutacaq birgə təlimdə 400-dən çox hərbçi və 100 hərbi texnika, o cümlədən iki Mi-24 və altı Mi-8AMTŞ helikopterləri iştirak edəcək.

Belarus ərazisində keçirilən birgə hərbi təlimə də eyni sayda canlı qüvvə və hərbi texnika cəlb ediləcək.

Azvision.az


Teqlər: Rusiya   Belarus   Təlim  





Xəbər lenti