Yol polisi sürücülərə müraciət etdi

   Yol polisi sürücülərə müraciət etdi
  07 Mart 2021    Oxunub:3650
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Azvision.az -ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda respublika ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq nəqliyyat vasitələrinin hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında və aşmağa meyilli ağacların ətrafında park edilməsi olduqca təhlükəlidir.

V. Əsədov qeyd edib ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, həmçinin yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilmiş sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, ötmə və manevr hərəkətləri edən zaman diqqətli olmalıdırlar.

"Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq və vacib olmadığı halda avtomobildən istifadə etməmək tövsiyə olunur", - deyə şöbə rəisi vurğulayıb.

Azvision.az


Teqlər: Polis   Sürücü  





Xəbər lenti