Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı

Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
  07 Mart 2021    Oxunub:2440
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana səfərə gedib.
Azvision.az xəbər verir ki, Çavuşoğlu səfər çərçivəsində Səmərqənd şəhərində Türkiyənin Baş Konsulluğunun açılış mərasiminə qatılıb.

Tədbirdə Özbəkistan baş nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov və digər rəsmi şəxslər iştirak ediblər.

XİN rəhbəri çıxışında xatırladıb ki, Özbəkistan müstəqillik əldə edərkən, bu ölkəni ilk tanıyan və ilk səfirlik açan məhz Türkiyə olub.

Qeyd edək ki, Çavuşoğlunun Daşkənddə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Azvision.az



Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti