Roma Papası qadınları qorumağa çağırdı

Roma Papası qadınları qorumağa çağırdı
  08 Mart 2021    Oxunub:2949
Roma Papası Fransisk 8 mart - Beynəlxalq Qadınlar günü ərəfəsində qadınlara hörmət etməyə və onları qorumağa çağırıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, İraqda səfərdə olan Papa xristianlığın yerli mərkəzi hesab olunan Bahdid şəhərində xütbə ilə çıxış edib.

“Bu ölkənin bütün analarına və qadınlarına, bütün yaralara baxmayaraq, həyat verməyə davam edən cəsur qadınlara təşəkkür edirəm. Qadına hörmət edilməli və qorunmalıdır”, - Fransisk deyib.

Papa Fransisk qadınlara diqqət ayırmağa və imkanlar verməyə çağırıb.

Azvision.az


Teqlər: Roma   Papa   Fransisk  





Xəbər lenti